AZ

ABŞ-də zavodda partlayış: İtkin düşmüş işçilərin cəsədləri tapıldı

ABŞ-nin Vaşinqton ştatının cənubundakı sellüloz-kağız zavodunda kimyəvi çənin partladığı ərazidə axtarış aparan xilasedicilər daha əvvəl itkin düşdüyü hesab edilən altı işçinin cəsədini tapıblar.

7News.Az-ın "RİA Novosti" agentliyinə istinadən xəbərinə görə, bu barədə Vaşinqton ştatının Koulits dairəsi üzrə Yanğından Mühafizə İdarəsinin batalyon rəisi Mett Amos jurnalistlərə məlumat verib.

"Biz doqquz işçidən altısının öldüyünü təsdiqləyə bilərik", - deyə o bildirib.

Vaşinqtonda zavodda baş verən partlayış barəsində mayın 27-də məlum olub. Hadisə nəticəsində bir nəfər öldüyü, doqquz nəfərin itkin düşdüyü bildirilirdi.
Seçilən
16
8
7news.az

10Mənbələr