ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
"Enhanced Games" təşkilatçıları 2027-ci ildə keçiriləcək yarışlarda əfsanəvi sprinter Usain Boltun 100 metr məsafə üzrə dünya rekordunu qıracaq idmançıya 10 milyon dollar mükafat veriləcəyini açıqlayıb.
Məlumata görə, Boltun 9.58 saniyəlik rekordunun cəmi 1 salisə yaxşılaşdırılması belə bu nəhəng mükafatı qazanmaq üçün kifayət edəcək.
Təşkilatçıların açıqlamasında bildirilib ki, idmançının rekordu böyük fərqlə yeniləməsinə ehtiyac yoxdur. Rekordun cəmi 0.01 saniyə 10 milyon dollarlıq bonus üçün yetərli sayılacaq.
Bu arada, Las-Veqasda keçirilən ilk "Enhanced Games" yarışlarında artıq bir dünya rekordu qeydə alınıb. Yunan üzgüçü Kristian Gkolomeev 50 metr sərbəst üzmə yarışında 20.81 saniyə nəticə göstərərək dünya rekorduna imza atıb.
Onun bu nəticəsi təşkilat tərəfindən böyük mükafatla qarşılanıb və idmançı ümumilikdə 1.5 milyon dollar qazanıb.
"AzPolitika.info"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.