AZ

2026 cı ilin ən dəbli kişisinin adı açıqlandı

ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Devid Bekhem 2026-cı ilin ən dəbli kişisi seçilib.

Ölkə.az xəbər verir ki, bu barədə "National Express" tərəfindən keçirilən sorğuya istinadən "Oxford Mail" yazıb.

İki min nəfərin iştirak etdiyi araşdırmanın nəticələrinə görə, reytinqdə ikinci yeri aktyor İdris Elba tutub. Onun ardınca özünəməxsus üslubu ilə respondentlərin diqqətini çəkən müğənni Harri Stayls və “Spider-Man” filminin ulduzu Tom Holland qərarlaşıb.

Beşinci və altıncı yerlər isə avtoyarışçı Lyuis Hemilton və pop ifaçısı Castin Biberə verilib.

Ən dəbli məşhurlar siyahısına həmçinin aktyor Pedro Paskal, reper Farrell Uilyams, “Dune” filminin ulduzu Timoti Şalame və futbolçu Cek Qriliş də daxil edilib.

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
2
olke.az

10Mənbələr