Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Günəşin Yerdən görünən tərəfində bir həftədən sonra ilk dəfə güclü "M" sinifli partlayış baş verib.
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Bildirilir ki, M1.1 balı verilən bu partlayış saat 11:04-də qeydə alınıb. Sonuncu dəfə bu səviyyədə partlayış 22 may tarixində müşahidə olunub.
Bu hadisə gün ərzində üçüncü partlayış olub. İlk iki hadisə isə 09:08 və 09:37-də qeydə alınmış adi C sinifli partlayışlar olub. Dünən də Günəşdə belə dörd C sinifli partlayış baş verdiyi müşahidə edilib.
Eyni zamanda laboratoriya əvvəlki məlumatlarında bildirib ki, Günəşin arxa tərəfində də güclü partlayışlar davam edir. Bu barədə son dəfə 26 mayda məlumat verilib.
Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.