AZ

Minə yaxın şagird təhsildən yayınıb

2025/2026-cı tədris ilində Azərbaycan məktəblərində minə yaxın şagirdin təhsildən yayınma halı aşkarlanıb.

Day.Az xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub.

Məlumata görə, 2025/2026-cı tədris ilində təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə müvafiq profilaktik və nəzarət tədbirləri həyata keçirilib.

Aparılan monitorinqlər nəticəsində dövlət ümumi təhsil müəssisələrində ümumilikdə 996 şagird üzrə təhsildən yayınma halı qeydə alınıb. Onlardan 573-ü oğlan, 423-ü isə qız şagird olub.

2025-2026cı tədris ili üzrə təhsildən yayınan uşaqların vahid siyahısı hazırlanıb, Elm və Təhsil Nazirliyi yanında Uşaqların Müdafiəsi İdarəsi tərəfindən həmin uşaqlarla aparılacaq işlərə dair müvafiq prosedur və metodiki təlimatlar aidiyyəti üzrə yerli qurumlara göndərilib.

Seçilən
2
33
day.az

10Mənbələr