AZ

Toral Bayramov transferində diqqətçəkən detal: “Qarabağ” şərtə razı oldu

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Qarabağ" klubunun Azərbaycan millisinin üzvü Toral Bayramov üçün Türkiyə təmsilçisi "Bursaspor"a etdiyi güzəşt məlum olub. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

Redaksiyamıza daxil olunan informasiyaya əsasən, "köhlən atlar" 25 yaşlı cinah müdafiəçisinin transferi ilə bağlı Türkiyə klubuna ödənişi hissə-hissə etmək imkanı yaradıb. 

Belə ki, "Bursaspor" Toral Bayramovun transfer məbləğini taksit formasında mərhələli şəkildə ödəyəcək.

"Timsahlar" Superliqaya vəsiqə qazanacağı təqdirdə isə ağdamlılara əlavə ödəniş ediləcək.

Qeyd edək ki, Toral Bayramov "Bursaspor"la 3 illik müqavilə imzalayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
41
sport24.az

10Mənbələr