Türk rəssam Mustafa Horasan motosiklet idarə edərkən keçirdiyi ağır yol qəzası nəticəsində vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə onun yaxınları sosial media hesablarından məlumat yayıblar.
Paylaşımlarda M. Horasanın motosiklet qəzası nəticəsində dünyasını dəyişdiyi vurğulanıb.
Həmkarı, rəssam Yusuf Taktak sosial media hesabında kədərini bu sözlərlə ifadə edib:
"Bayaq öyrəndim, rəssam Mustafa Horasan motosiklet qəzası nəticəsində vəfat edib. Əziz Mustafa məni bir neçə dəfə emalatxanasına saz dinləməyə dəvət etmişdi. Təəssüf ki, müxtəlif səbəblərdən təxirə salaraq sözümü tuta bilmədim, çox kədərliyəm! Əslində, bu ölkə velosiped və motosiklet sürmək üçün uyğun deyil, bəlkə də, heç yaşamaq üçün də..."