ain.az, Avtosfer saytına istinadən bildirir.
Böyük şirkətlərdə süni intellektdən istifadə tendensiyası zəifləyir. Artıq bir çox şirkət işdən azad etdiyi əməkdaşlarını geri çağırıb.
Avtosfer.az xəbər verir ki, böyük korporasiyalar süni intellektə keçərkən maddi resurslara qənaət etməyi düşünürdülər. Lakin bir neçə illik istifadə real vəziyyəti ortaya qoydu. Məlum oldu ki, neyroşəbəkələrə qoyulan sərmayə çox vaxt özünü doğrultmur.
“Microsoft” şirkəti artıq müəssisə daxilində “Claude Code” proqramından istifadəni dayandırıb. Proqramın lisenziyası real işçidən daha çox vəsait tələb edir.
Oxşar addımı “Uber” şirkəti də atıb. Şirkət bildirir ki, sözügedən proqrama qoyulan investisiya özünü doğrultmur.
“Starbucks” və “Nvidia” şirkətlərinin menecerləri bildiriblər ki, süni intellektdən istifadə etmək işçi heyətini saxlamaqdan qat-qat baha başa gəlir və qoyulmuş investisiyanın geri dönüşü yoxdur.
Vüqar
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.