AZ

“İran yeraltı raket bazalarına çıxışı bərpa edir” ​ CNN

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"CNN" telekanalı yeni peyk görüntülərinə istinadən xəbər verib ki, İran yeraltı raket obyektlərinə çıxışı bərpa etməyə çalışır.

Telekanalın təhlilinə görə, ABŞ və İsrailin birgə zərbələri nəticəsində SEPAH-ın yeraltı raket düşərgələrinin girişləri bağlanıb və raket qurğularının, eləcə də müxtəlif hərbi avadanlıqların bir hissəsi obyektlərin daxilində qalıb.

Məlumata görə, bu vəziyyət İranın raket atəşləmək imkanlarını əhəmiyyətli dərəcədə zəiflədib.

"CNN"-in nəzərdən keçirdiyi peyk görüntülərində İranın hazırda həmin obyektlərə girişləri açmaq üçün buldozerlər və yük maşınları kimi texnikalardan istifadə etdiyi görünür.

Telekanal yazır ki, dağıntıların təmizlənməsi və obyektlərin bərpası prosesi İranın raket ehtiyatlarının böyük hissəsinə yenidən çıxış əldə etməsinə imkan yarada bilər.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
25
azpolitika.info

10Mənbələr