Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Kreml Rusiyada yaşayan 100 min ermənini Baş nazir Nikol Paşinyanın əleyhinə səs verməyə göndərmək istəyir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" dörd mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, son aylarda Rusiya rəsmiləri Rusiyada yaşayan Ermənistan vətəndaşlarının parlament seçkilərində hazırkı Baş nazir Nikol Paşinyanın rəqiblərinə səs vermələri üçün vətənlərinə göndərilməsi planını müzakirə ediblər.
Agentliyin mənbələrinə görə, Rusiya hakimiyyəti 100 min seçicinin daşınmasının xərcini təxminən 50 milyon dollar qiymətləndirib. May ayının ortalarına qədər Kreml Rusiya regionları arasında kvotaları - hər birindən göndəriləcək ermənilərin sayını - bölüşdürüb və yerli hakimiyyət orqanlarından hazırlıqları barədə hesabat vermələrini tələb edib.
“Reuters“in jurnalistləri bu planın həyata keçirildiyini və ya bu sayda seçicinin seçkilərdə əsas namizədlər arasındakı fərqi aradan qaldırmaq üçün kifayət edib-etməyəcəyini müəyyən edə bilməyiblər.
Qeyd edək ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.