AZ

Pezeşkian Azərbaycanla alternativ nəqliyyat sazişlərinin icrasını sürətləndirməyi tapşırıb

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

İran Prezidenti Məsud Pezeşkian ölkənin şimal limanlarının potensialından maksimum istifadə edilməsi və qonşu dövlətlərlə alternativ ticarət dəhlizlərinin inkişaf etdirilməsi barədə tapşırıq verib.

Teleqraf xəbər verir ki, bu barədə İran Prezidentinin mətbuat xidməti nazirlər və Mərkəzi Bankın rəhbəri ilə keçirilən iclasın yekunlarına dair məlumat yayıb.

Dövlət başçısı ölkə üçün zəruri olan bəzi malların idxalını təmin etmək məqsədilə Azərbaycan, Rusiya və Pakistanın logistik imkanlarından fəal yararlanmağın vacibliyini vurğulayıb. M.Pezeşkian bu istiqamətdə qonşu dövlətlərlə imzalanmış mövcud sazişlərin icrasını sürətləndirməyə çağırıb.

İclasda ölkənin bəzi cənub keçid məntəqələrində yaranmış məhdudiyyətlər fonunda əsas ərzaq məhsulları, dərman və digər strateji resursların idxalı ilə bağlı mövcud vəziyyət ətraflı müzakirə olunub. İqtisadiyyat nazirinin təqdim etdiyi hesabata əsasən, qonşu ölkələrlə aparılan məsləhətləşmələr nəticəsində quru sərhəd-keçid məntəqələrinin və alternativ nəqliyyat marşrutlarının imkanları artıq genişləndirilib ki, bu da ölkəyə yük axınını əhəmiyyətli dərəcədə sadələşdirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
50
sherg.az

10Mənbələr