AZ

Fransa millisinin üzvü "Liverpul"dan ayrılacaq

İbrahima Konate "Liverpul"dan ayrılacaq.

Sportal.az xəbər verir ki, fransalı müdafiəçi ilə yeni müqavilə üçüün aparılan danışıqlar uğursuz nəticələnib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

27 yaşlı futbolçunun klubla sözləşməsi 30 iyun tarixində başa çatır. Təcrübəli mərkəz müdafiəçisi bundan sonra azad agent statusu ilə Mersisayd təmsilçisini tərk edəcək.

Qeyd edək ki, "Liverpul" İbrahima Konateni 2021-ci ilin yayında "Leyptsiq"dən 40 milyon avroya transfer edib. Fransa millisinin üzvü 2025/26 mövsümündə "qırmızılar"ın heyətində meydana çıxdığı 45 rəsmi matçda 2 qol vurub.

saytlarin hazirlanmasi

Seçilən
30
17
sportal.az

10Mənbələr