AZ

Polşa Prezidenti Zelenskinin ali dövlət mükafatından məhrum edilməsi təşəbbüsünü dəstəkləyib

ain.az bildirir, Apa.az portalına istinadən.

Polşa Prezidenti Karol Navrotski Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin ən ali dövlət mükafatı olan "Ağ qartal" ordenindən məhrum edilməsi təşəbbüsünü dəstəkləyib.

Bu barədə RMF24 məlumat yayıb.

Navrotski bildirib ki, məsələ iyunun 8-də keçiriləcək iclasda müzakirəyə çıxarılacaq. O qeyd edib ki, yekun qərarı özü verəcək.

“Prezident Zelenski göstərdi ki, Ukrayna UPA (Ukrayna Üsyançı Ordusu – red.) ilə bağlı yanaşmasına görə hələ Avropa ailəsinin bir hissəsi olmağa hazır deyil”, – Navrotski əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
50
apa.az

10Mənbələr