AZ

Avropanın ən yaxşı futbolçularının reytinqi açıqlandı

ain.az bildirir, Yeniavaz saytına əsaslanaraq.

Məşhur “Goal” portalı başa çatan mövsümün yekunlarına əsasən Avropanın ən yaxşı futbolçularının reytinqini təqdim edib.

Yeniavaz.com xəbər verir ki, siyahının zirvəsində Almaniya çempionu Münhen “Bavariya”sının ingilis hücumçusu Harri Keyn qərarlaşıb. Təcrübəli forvard uğurlu çıxışı ilə mövsümün ən yaxşı futbolçusu seçilib.

Reytinqdə ikinci pillədə yenə “Bavariya”nın futbolçusu Maykl Olise yer alıb. İlk “üçlüyü” isə İspaniya nəhəngi “Barselona”nın gənc ulduzu Lamin Yamal tamamlayıb.

İlk onluqda həmçinin Madrid “Real”ının hücumçusu Kilian Mbappe, London “Arsenal”ının yarımmüdafiəçisi Deklan Rays və PSJ-nin üzvləri Usman Dembele, Xviça Kvaratsxeliya və Vitinya da yer alıblar.

“Goal” portalının versiyasına görə Avropanın ən yaxşı 10 futbolçusu:

Harri Keyn (“Bavariya”)

Maykl Olise (“Bavariya”)

Lamin Yamal (“Barselona”)

Kilian Mbappe (“Real Madrid”)

Deklan Rays (“Arsenal”)

Usman Dembele (PSJ)

Luis Dias (“Bavariya”)

Xviça Kvaratsxeliya (PSJ)

Brunu Fernandeş (“Mançester Yunayted”)

Vitinya (PSJ)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
3
yeniavaz.com

10Mənbələr