AZ

Başqa yol seçsəydik, bu gün İcevanın yarısını itirmişdik

Əgər 2024-cü ildə hakimiyyət başqa qərar versəydi, ölkə bu gün İcevanın ən azı yarısını itirmiş olardı.

Publika.az xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

O, çıxışında Kirants kəndində arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Müqəddəs mübarizə” hərəkatını Ermənistan dövlətinə qarşı sui-qəsd adlandırıb.

“Onların sinələrində xaçla etdikləri Ermənistan dövlətinə qarşı sui-qəsd idi. Bu gün də xaçla dövlətə qarşı planlar quran insanlar var. Əgər xalqımız həmin adamların arxasınca getsəydi, bu gün sərhəd ən yaxşı halda İcevanın ortasından keçəcəkdi”, - deyə Paşinyan bildirib.

Baş nazir əlavə edib ki, hazırda İcevan təhlükəsiz və sabitdir.

Seçilən
5
50
publika.az

10Mənbələr