Azərbaycanın Müstəqillik Günü münasibətilə Varşava şəhərinin simvollarından biri hesab olunan Şlonsko-Donbrovski körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Moderator.az xəbər verir ki, bu addım Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü və Varşava meriyasının dəstəyi ilə həyata keçirilib.
Qeyd edək ki, Şlonsko-Donbrovski körpüsü Visla çayı üzərində yerləşən və Varşavanın ən mühüm nəqliyyat yollarından biri sayılan tarixi körpülərdəndir.
