İslandiya qiymət səviyyəsinə görə İsveçrəni geridə qoyaraq dünyanın ən bahalı ölkəsi seçilib.
"Cebheinfo.az" xəbər verir ki, məlumata görə, qiymətləndirmə zamanı Avrostat və Central Bank of Iceland-nin məlumatlarından istifadə olunub. Araşdırmanın nəticələrinə əsasən, İslandiyada qiymətlər İsveçrə ilə müqayisədə təxminən 3 faiz daha yüksəkdir.
Mütəxəssislər hesab edirlər ki, ölkədə qiymət artımının əsas səbəblərindən biri iqtisadiyyatın böyük ölçüdə turizm sektorundan asılı olmasıdır. Bu vəziyyət xidmət sahəsində əməkhaqlarının və inflyasiyanın yüksəlməsinə təsir göstərir. Həmçinin mənzil bazarında yüksək qiymətlər də ümumi bahalaşmanı sürətləndirən amillər sırasındadır.
İqtisadçı Vilhyalmur Hilmarssonun fikrincə, İslandiyanın əmək tutumlu sahələrdən asılılığı inflyasiya təzyiqinin davam etməsinə səbəb olur.
Qeyd edək ki, Avrostatın məlumatına görə, İslandiyada qiymətlər sonuncu dəfə 2018-ci ildə İsveçrədəkindən daha yüksək olub.
"Cebheinfo.az"