AZ

Dilarə Əliyeva: “Elə bil iki övladın var və məndən soruşurlar ki, hansını daha çox sevirsən?”

“Aparıcı və aktrisa olan hər iki Dilarə xoşbəxtdir. Çünki mənim aparıcı və aktrisa olaraq etdiklərimi də tamaşaçı eyni dərəcədə sevir və aralarından su da keçmir. Heç biri bir-birinin xətrinə dəymir. Hər ikisinə çox ciddiyyətlə yanaşıram. Elə bil iki övladın var və məndən soruşurlar ki, hansını daha çox sevirsən? Mən necə fərq qoya bilərəm axı”.

 

Pravda.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva RTV-də yayımlanan “Çərçivədən kənar” verilişində danışıb.

 

O bildirib ki, bu sənətə gələndə “Kleopatra” kimi obrazları oynayacağını düşünsə də, daha sonra tamaşaçı onu “Məhəbbət” olaraq sevib: “Teatrda irili-xırdalı rollar oynasam da, geniş tamaşaçı kütləsi məni “Məhəbbət” obrazı və “Pıç ha Pıç” ilə tanıdı. Sonra özümə belə sloqan düşündüm ki, ya sevdiyini əldə edəsən ya da əldə etdiyini sevəcəksən. Mən əldə etdiyimi sevdim, böyütdüm, böyük imperiya yaratdım. Heç nə üçün gec deyil”.

 

Şəhanə Quliyeva

Tarix: 29 May 2026, 15:33   
Seçilən
17
50
pravda.az

10Mənbələr