"Ölkə Az" xəbər verir ki, Ukrayna hərbi rəsmilərinin sözlərinə görə, Vanuatu bayrağı altında üzən ANT quru yük gəmisi (Türkiyə şirkətinə məxsus) Odessa bölgəsindəki bir limandan Türkiyəyə yük daşıyarkən vurulub. PUA gəminin üst quruluşuna dəyib və yanğın baş verib. Yanğını söndürmək üçün Dəniz Axtarış və Xilasetmə Xidmətinin və Ukrayna Hərbi Dəniz Qüvvələrinin bölmələri cəlb edilib və yanğın tez bir zamanda lokallaşdırılıb.
Quru yük gəmisinin iki heyət üzvü xəsarət alaraq xəstəxanaya təxliyə edilib.
Daha əvvəl Odessa vilayətinin hakimiyyət orqanları 29 may cümə günü gecə baş verən kütləvi dron hücumu barədə məlumat verib.
Rusiya tərəfi Odessa və Qara dənizə hücumla bağlı heç bir şərh verməyib.
Mürtəza





