AZ

Braziliya millisinin qapıçısının bu FOTOsu gündəm oldu

"Liverpul"un və Braziliya millisinin qapıçısı Alisson Bekerin sosial şəbəkələrdə yayılan fotosu gündəm olub.

Fanat.Az xəbər verir ki, yığmanın formasında olan qolkiperin artıq çəki yığması azarkeşlər tərəfindən narazılıqla qarşılanıb.

Alisson martın sonlarından mayın sonlarına qədər omba zədəsi səbəbindən kənarda qalıb. Geridə qalan mövsümdə "Liverpul"un heyətində bütün turnirlərdə 35 matça çıxan "çərçivə" qoruyucusu 37 qol buraxıb. O bu matçların 13-də qapısını toxunulmaz saxlamağı bacarıb. Sözügedən futbolçunun "qırmızılar"la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Son vaxtlar Alissonun adı "Yuventus"la yanaşı hallanır.

Nihat

Seçilən
2
fanat.az

1Mənbələr