AZ

Bu şəxslər hərbi xidmətə aparılmayacaq

Ölkə başçısının sərəncamına əsasən, iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış həyata keçiriləcək.


Bir çox çağırışçıları hansı dərəcəli yastıpəncəliyin hərbi xidmətə yararlı olduğu maraqlandırır.


Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 61-ci maddəsinə uyğun olaraq 1-ci və 2-ci dərəcəli yastıpəncəlik hərbi xidmətə yararlı hesab edilir. 


Yalnız 3-cü və 4-cü dərəcəli yastıpəncəliyi olan şəxslər orduya çağırılmır, hərbi xidmətə yararsız hesab olunurlar.

Tarix: 29 May 2026, 17:38   
Seçilən
18
14
pravda.az

10Mənbələr