AZ

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

AB-nin genişlənmə üzrə komissarı Marta Kos Bolqarıstanın xarici işlər naziri Velislava Petrova-Çamova ilə Cənubi Qafqaz vasitəsilə Avropa və Asiyanın əlaqəsini müzakirə ediblər.

Axar.az xəbər verir ki, bu barədə M.Kos X səhifəsində yazıb.

"Biz Bolqarıstanın Türkiyə və Cənubi Qafqaz vasitəsilə Avropa ilə Asiyanı birləşdirən mühüm rolunu müzakirə etdik. Bolqarıstan AB-nin genişlənmə prosesinin təşviqində mühüm rol oynayır. Namizəd ölkələrə Avropa Birliyinə üzv olmaq üçün necə kömək edəcəyimizi müzakirə etdik",- o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
1
axar.az

2Mənbələr