Naxçıvanda yerləşən Əshabi-Kəhf ziyarətgahında, xüsusilə Qurban bayramında böyük izdiham müşahidə olunur.
Publika.az Baku TV-yə istinadən xəbər verir ki, ziyarətçilər qurbanlarını kompleksin aşağı hissəsindəki xüsusi məntəqədə kəsdikdən sonra ziyarətgahın yuxarı hissəsinə qalxaraq ibadətlərini yerinə yetirirlər.
Əshabi-Kəhf əsrlər boyu insanların inanc və ziyarət məkanı olub. Onun tarixinin çox qədim dövrlərə aid olduğu bildirilir.
Tarixçi Asəf Orucov bildirib ki, Əshabi-Kəhfdə qədim türk inanc sistemlərinin izlərinə də rast gəlmək mümkündür. Burada ağac, daş və su kultları ilə bağlı inanclar mövcuddur.