“Sabah”ın akademiyası bölgələrdə yeni seçimlərə start verəcək.
"Football-plus.az" xəbər verir ki, bu barədə Masazır təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Seçimlər 30-31 mayda Qusar rayonunda keçiriləcək. Futbolçu olmaq istəyən uşaqlar “Metak Arena”da bacarıqlarını nümayiş etdirəcəklər.
Seçimlərə 2011-2015-ci il təvəllüdlü uşaqlar qatılacaqlar. Akademiya nümayəndələri bölgələrdə istedadlı futbolçuları üzə çıxarmağı və onların inkişafına dəstək verməyi hədəfləyirlər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta