Ajans.az xəbər verir ki, bu barədə jurnalist Heydər Oğuz məlumat verib. O bildirib ki, Xalq artisti şəkəri maksimum səviyyədə qalxdığı üçün təcili həkim nəzarətinə götürülüb. Jurnalist Naxçıvan Mərkəzi Xəstəxanasında müalicə alan H. Ağasoyun hazırda vəziyyətinin yaxşı olduğunu bildirib.
Heydər Oğuz əlavə edib ki, Naxçıvanın Mədəniyyət Nazirliyinin əməkdaşları və işlədiyi Naxçıvan Dram Teatrınin işçiləri, bütün mədəniyyət xadimləri Xalq artistini yalnız buraxmayıblar. Onu ziyarət etmək üçün xəstəxanaya gəliblər.