AZ

Əli Səmədov “Kəpəz”lə yeni müqavilə imzaladı – ARENA.AZ

Gəncə futbol məktəbinin yetirməsi olan 27 yaşlı mərkəz yarımmüdafiəçisi Əli Səmədov “Kəpəz”lə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Səmədovla 2 illik yeni müqavilə imzalanıb.

Xatırladaq ki, Əli Səmədov 2015-ci ildən “sarı-göylər”in şərəfini qoruyur. O, bir müddət “Sabah”da və “Şamaxı”da çıxış etsə də, yenidən doğma klubuna qayıdıb. Mərkəz yarımmüdafiəçisi geridə qalmış 2025/2026 mövsümündə 20 oyuna çıxsa da, fərqlənə bilməyib.

Səmədov vaxtilə Azərbaycanın U-19 yığmasınada çıxış etsə də, əsas millimizdə debüt şansı qazanmayıb.

“Kəpəz” daha öncə Dioqo Verdaska və Rəhman Hacıyevlə də yeni müqaviləyə imza atmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Seçilən
5
6
arena.az

10Mənbələr