Azərbaycan II Liqasına vəsiqə üçün baş tutan “Ağstafa Gəncləri” – “Biləsuvar” pley-off matçında dava düşüb.
İdmanxeber.az-ın oyunun keçirildiyi Yevlax şəhərinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, hadisə matçdan sonra baş verib. Görüşdən 0:3 hesabı ilə məğlub ayrılan Biləsuvar təmsilçisinin futbolçuları azarkeşlərin üzərinə hücum edib.
Tərəflər arasında baş verən qarşıdurma polislərin müdaxiləsindən sonra sakitləşib.
Matçda 3:0 hesabı ilə qələbə qazanan “Ağstafa Gəncləri” növbəti mövsüm də II Liqada oynamağa vəsiqə qazanıb.