AZ

110 nəfərlik tur gəmisi batdı - ANBAAN VİDEO

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda turistləri daşıyan gəminin batması qısa müddət ərzində bölgədə böyük təşvişə səbəb olub.

Musavat.com xəbər verir ki, hadisə Cennet Adası yaxınlığındakı Akvaryum körfəzi ərazisində baş verib.

Məlumata görə, “Big Boss” adlı tur gəmisi dənizdə hərəkətdə olarkən naməlum səbəbdən nasazlıq yaşayıb və su almağa başlayıb. Ekipaj vəziyyəti vaxtında fərq etdiyindən gəmi sahilə yaxın istiqamətə yönləndirilib.

Gəmidə olan 110 sərnişin sahil mühafizə əməkdaşlarının və ərazidəki digər qayıqların operativ müdaxiləsi nəticəsində təhlükəsiz şəkildə təxliyə olunub. Sərnişinlərin bir hissəsi eyni şirkətə məxsus başqa tur gəmisinə köçürülüb.

Təxliyə məliyyatı başa çatdıqdan sonra gəmi tamamilə sulara qərq olub. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Marmaris Kaymakamlığının və Sahil Mühafizə Komandanlığının əməkdaşları ərazidə araşdırmalara başlayıblar. Gəminin batmasına səbəb olan amillərin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, Marmaris yay mövsümündə minlərlə yerli və xarici turistin üz tutduğu Türkiyənin ən məşhur istirahət məkanlarından biri hesab olunur. Hadisənin baş verdiyi Akvaryum körfəzi isə xüsusilə gündəlik dəniz turları ilə tanınır.

Musavat.com

Seçilən
31
musavat.com

1Mənbələr