AZ

“Günaydın” restoranı yeni filialını açır

2012-ci ildən Azərbaycanda fəaliyyət göstərən və Bakının sevilən məkanlarından biri kimi tanınan “Günaydın” restoranı yeni filialı ilə müştərilərini qəbul etməyə hazırlaşır.

Marja xəbər verir ki, yeni restoran Bilgəh Amburan Aquapark ərazisində yerləşir. 

Yni məkan 30 may saat 09:30-da qonaqlarını qəbul etməyə başlayacaq.

Restoranın məlumatına görə, yeni filialda müştərilərə yüksək xidmət keyfiyyəti, komfortlu interyer və xüsusi dad təcrübəsi təqdim olunacaq. Bildirilir ki, əsas məqsəd qonaqlara həm rahat istirahət, həm də yaddaqalan kulinariya təcrübəsi yaşatmaqdır.

Seçilən
39
marja.az

1Mənbələr