Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Azərbaycanın bir sıra dövlət qurumlarında qadın əməkdaşların sayı kişiləri üstələyir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il hesabatına əsasən, bəzi təşkilatlarda qadınların payı hətta 70 faizi keçib.Statistik göstəricilər qadınların üstünlük təşkil etdiyi qurumların fərqli sahələri əhatə etdiyini göstərir. Məsələn, Dövlət Reklam Agentliyində kollektivin 73 faizi, Milli Arxiv İdarəsində isə 72 faizi qadınlardan ibarətdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST mərkəzləri və TƏBİB kimi sosial yönümlü strukturlarda da qadın işçilər çoxluqdadır.
Qurum
Qadınların payı (%)
Kişilərin payı (%)
Dövlət Reklam Agentliyi
73%
27%
Milli Arxiv İdarəsi
72%
28%
Əqli Mülkiyyət Agentliyi
70%
30%
AZAL (Bələdçilər)
64%
36%
Səhiyyə Nazirliyi Aparatı
61%
39%
AMEA (Ümumi say)
67%
33%
TƏBİB
55%
45%
Qeyd edək ki, Energetika Nazirliyində tam gender bərabərliyi qeydə alınıb. Burada çalışanların 50 faizi qadın, 50 faizi isə kişidir. AZAL-da isə bələdçi peşəsi üzrə qadınların çəkisi 64 faiz təşkil edir.Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.