AZ

Qəbələdə leysan və dolu yağıb – FOTO

Qəbələdə leysan və dolu yağıb. Günün ikinci yarsından başlayaraq rayon ərazisində hava kəskin dəyişib və leysan yağışları ilə əvəzlənib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, küləklə müşayiət olunan güclü leysan sonradan dolu ilə əvəzlənərək fəsadlar yaradıb.
 

Yağan güclü leysan şəhər ərazisndə küçələrdə sel-suların artması ilə nəticələnib. Hətta bəzi ərazilərdə yol kənarındakı arxlara sığmayaraq yollara daşıb. Dolunun yağması isə əsasən meyvə ağacları və bostan birkilərinə zərər vurub.


Qısa müddət davam edən dolu kəssə də, rayonda qeyri-sabit hava şəraiti davam edir.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
0
30
bizim.media

10Mənbələr