ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Barselona” “Nyukasl Yunayted”dən cinah oyunçusu Entoni Qordonun transferini elan edib.
İdman.Biz-in xəbərinə görə, bu barədə klub rəsmi sosial şəbəkə səhifəsində məlumat yayıb.
Daha əvvəl “sağsağanlar”ın direktorlar şurasının və klubun Səudiyyə Ərəbistanından olan sahiblərinin kataloniyalıların 70 milyon avroluq sabit ödəniş təklifini və əlavə ödənişləri qəbul etdiyi bildirilirdi. Son transfer məbləğinin 80 milyon avronu keçəcəyi gözlənilir.
Qordon bu mövsüm “Nyukasl”ın heyətində bütün yarışlarda 46 oyunda meydana çıxıb, 17 qol vurub və beş məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun təxmini dəyəri 60 milyon avrodur.
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.