“Qarabağ”ın iki futbolçusu milli komandalara dəvət alıb.
Bizim.Media xəbər verir ki, qapıçı Mateuş Koxalski Polşa, yarımmüdafiəçi Marko Yankoviç isə Monteneqro millisinə çağırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Monteneqro millisi iyunun 1-də Bolqarıstan, 5-də isə Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək.
Polşa yığması isə mayın 31-də Ukrayna, iyunun 3-də isə Nigeriya ilə yoxlama matçında üz-üzə gələcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta