AZ

Alimlər açıqladı: kollektivi irəli aparan rəhbər tipi budur

Müasir idarəetmə ilə bağlı aparılan yeni araşdırma rəhbərlərin uğurunda gözlənilməz amili ön plana çıxarıb.

Musavat.com xəbər verir ki, alimlərin apardığı araşdırmaya görə, ən uğurlu iş kollektivləri çox danışan deyil, dinləməyi bacaran rəhbərlər tərəfindən idarə olunur.

Tədqiqatçılar hesab edirlər ki, rəhbərlərin aktiv dinləmə bacarığı əmək məhsuldarlığını artırır. Bu təsir işçilərin emosional vəziyyətinə, düşünmə qabiliyyətinə və kollektivdaxili münasibətlərin keyfiyyətinə müsbət təsir göstərir.

Araşdırma 400 mindən çox müşahidə faktına əsaslanıb.

Nəticələr göstərib ki, rəhbərlərin işçiləri diqqətlə dinləməsi kollektivdə münasibətləri yaxşılaşdırır və bunun nəticəsində işin səmərəliliyi yüksəlir. Bu səbəbdən dinləmə bacarığı müasir idarəetmədə ən vacib keyfiyyətlərdən biri hesab olunur.

Musavat.com

Seçilən
81
musavat.com

1Mənbələr