AZ

Qalatasaray da 85 milyon avroluq şok müqavilə

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyə Super Liqasının son çempionu "Qalatasaray" futbol dünyasında böyük səs-küy yaradacaq  sponsorluq müqaviləsinə imza atmağa hazırlaşır.

Fanat.Az "Footy Brands" nəşrinə istinadən xəbər verir ki, adı açıqlanmayan dünyaca məşhur avtomobil markası tarixi əməkdaşlıq üçün "sarı-qırmızılılar" ilə rəsmi danışıqlar masasına əyləşib.

Tərəflər arasında 3 ili əhatə edən və ümumi dəyəri 85 milyon avro olan sponsorluq paketi müzakirə edilir.

Əgər danışıqlar müsbət yekunlaşarsa, bu müqavilə həm "Galatasaray", həm də Türkiyə futbol tarixi üçün rekord maliyyə gəliri mənasına gələcək. Klub rəhbərliyinin yaxın günlərdə bu tarixi sponsorluq sazişinin yekun detallarını ictimaiyyətə açıqlayacağı gözlənilir.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
fanat.az

2Mənbələr