AZ

“Nyukasl” “Barselona”nın Qordon üçün ödədiyi məbləği “əhəmiyyətli” adlandırıb

ain.az, Idman.biz saytına istinadən bildirir.

“Nyukasl Yunayted” sosial media səhifəsi X-də cinah oyunçusu Entoni Qordonun “Barselona”ya “əhəmiyyətli” qiymətə satıldığını elan edib.

İdman.Biz-in məlumatına görə, ingilis klubu məbləği açıqlamayıb.

“Entoni Qordon La Liqa çempionu “Barselona” ilə əhəmiyyətli, açıqlanmayan qiymətə müqavilə imzalayıb.

Hər şey üçün təşəkkür edirik, Entoni. Sənə gələcəkdə uğurlar arzulayırıq”, - deyə “sağsağanlar”ın paylaşımında bildirilir.

Əvvəlki media xəbərlərində bildirilirdi ki, “Nyukasl”ın direktorlar şurası və klubun Səudiyyə Ərəbistanından olan sahibləri katalonların 70 milyon avroluq sabit qiymət təklifini və əlavə ödənişləri qəbul ediblər. Son transfer haqqı 80 milyon avronu keçəcək.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
icma.az

1Mənbələr