AZ

İsrail ordusunun Livana son hücumları nəticəsində 11 nəfər həlak olub

Bakı, 30 may, AZƏRTAC

İsrail ordusunun Livanın Tir əyalətindəki qəsəbələrə endirdiyi hava zərbələri nəticəsində 11 nəfər həlak olub, 8 nəfər yaralanıb.

AZƏRTAC-ın xəbərinə görə, İsrailin döyüş təyyarələri Livanın cənubundakı Cizzin bölgəsindəki Qatrani və Sərirə qəsəbələri ətrafına hava zərbələri endirib. Həmçinin Nəbatiyyə vilayətinin Dibbin qəsəbəsi də hədəfə alınıb.

İsrail artilleriyası Bint Cbeil bölgəsindəki Furun və Ganduriyyə qəsəbələrini bombalayıb, döyüş təyyarələri isə Mərcayun bölgəsindəki Bilat qəsəbəsinə 4 hava zərbəsi endirib. Sidon əyalətinin Zarariyə şəhəri də aviasiyanın hücumuna məruz qalıb.

Hizbullah isə bəyan edib ki, İsrail ordusunun mövqelərinə 20-dən çox əks-hücum təşkil olunub.

Seçilən
94
azertag.az

1Mənbələr