AZ

Rumıniya Prezidenti dron insidentinin səbəbini açıqlayıb

BAKI, 30 may. TELEQRAF

Rumıniya Prezidenti Nikuşor Dan Qalaç şəhərində pilotsuz uçuş aparatının düşməsi ilə nəticələnən insidenti Ukrayna hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə əlaqələndirib.

Teleqraf xəbər verir ki, dövlət başçısı bu barədə "Antena 3 CNN" telekanalına açıqlamasında danışıb.

"Pilotsuz aparat Reni şəhəri üzərində vurulub, bundan sonra trayektoriyasını dəyişərək Qalaç istiqamətinə yönəlib", - deyə Nikuşor Dan bildirib.

Qeyd edək ki, mayın 29-na keçən gecə dronun yaşayış evinə çırpılması nəticəsində Rumıniyada iki nəfər xəsarət alıb. Hadisə ilə bağlı ölkə prokurorluğu cinayət işi açıb.

Rumıniya Prezidenti bildirib ki, hərbçilər mülki əhali üçün risk yarandığından pilotsuz aparatı vurmayıblar.

Seçilən
81
teleqraf.com

1Mənbələr