AZ

Selfi çəkərkən barmaqlarınızı gizlədin Bu çox təhlükəlidir

ain.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Xəbərdə bildirilir ki, selfi zamanı xüsusilə “V” (qələbə və ya sülh işarəsi) göstərmək şəxsi biometrik məlumatlar üçün risk yarada bilər.

Lent.az xəbər verir ki, təhlükəsizlik mütəxəssislərinin sözlərinə görə, inkişaf etmiş kamera texnologiyaları və süni intellekt vasitəsilə fotolarda görünən barmaq uclarından barmaq izi məlumatlarını qismən çıxarmaq mümkündür.

Çünki təxminən 1,5 metr məsafədən çəkilmiş yüksək keyfiyyətli şəkillərdə barmaq izi detalları daha aydın görünə bilir. Hətta bəzi hallarda 3 metr məsafədən çəkilən görüntülərdə belə süni intellekt vasitəsilə müəyyən izlər analiz edilə bilər.

Mütəxəssislər sosial şəbəkədə selfi paylaşmazdan əvvəl barmaq uclarını bulanıqlaşdırmağı və ya detalları gizlədən redaktə vasitələrindən istifadə etməyi tövsiyə edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
76
lent.az

1Mənbələr