AZ

İranın 12 milyard dollarlıq tələbi: ABŞ hansı addımı atacaq?

“İran-ABŞ müharibəsindən sonrakı vəziyyət elə bir mərhələyə gəlib çıxıb tərəflərin hər hansı bir addım geri atarsa, onun üçün məğlubiyyət hesab ediləcək”.

Publika.az xəbər verir ki, bunu Musavat.com-a şərhində siyasi şərhçi Əli Orucov bildirib. O, qeyd edib ki, tərəflər kompromislərdən daha çox, öz mövqelərini diqtə və qəbul etmirəm iradəsi göstərir:

“İndiyədək qarşılıqlı olaraq bir neçə təkliflər paketi təqdim olunsa da, heç biri qəbul edilməyib. Ana xətt isə qalır. Müharibənin başlanmasına səbəb olan köklü məsələlər qalır və bununla bağlı hər hansı bir yaxınlaşma hiss olunmur. Tehran çalışır ki, Körfəz faktorundan istifadə etməklə özünə sərfəli razılaşmalar qazansın. Mən zənn etmirəm ki, 12 milyard dondurulmuş aktivlərin dərhal ödənilməsi şərtinə Ağ Ev razı olacaq. Əslində İranın da durumu çətin və danışıqlar üçün mövqeyi zəifdir, lakin maksimum təkliflər irəli sürməklə minumumu əldə etməyi hədəfləyir. Müharibədəki qeyri-müəyyənlik heç kim üçün üstünlük qazandırmır. Hesab edirəm periodik olaraq, ABŞ və İran arasında hava hücumlarının həyata keçirilməsi istisna deyil”.

Qeyd edək ki, İranın “Fars” xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb ki, İran hökuməti dialoqa başlamaq üçün ABŞ-dən xaricdəki dondurulmuş aktivlərdən 12 milyard dolların dərhal ödənilməsini tələb edir.

Seçilən
0
1
publika.az

2Mənbələr