Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Mançester Siti” və “Çelsi”nin keçmiş hücumçusu Rahim Sterlinq narkotik təsiri altında avtomobil idarə etməkdə şübhəli bilinərək həbs edilib.
Dördqat Premyer Liqa qalibinin avtomobilində qanunsuz maddələr aşkar edilib.
İdman.Biz “The Sun”a istinadən xəbər verir ki, oyunçu tibbi müayinədən keçməkdən imtina edib.
Mənbənin məlumatına görə, həbs Sterlinqin “Lamborghini” ilə qəzaya düşməsindən sonra baş verib. Hadisədə başqa nəqliyyat vasitələri olmayıb və xəsarət alan olmayıb. Vurğulanır ki, “Feyenoord” hücumçusu istintaq aparılana qədər girov müqabilində azadlığa buraxılıb.
Sterlinqə yaxın mənbələr qeyd edirlər ki, oyunçu “çətinliklər” yaşayır.
“Çelsi” 2026-cı ilin yanvarında oyunçu ilə yollarını ayırıb. Fevral ayında Sterlinq “Feyenoord”la müqavilə imzalayıb. O, Erediviziyada səkkiz oyun keçirib və bir məhsuldar ötürmə edib.
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.