AZ

Qazaxıstan İranın uran ehtiyatlarını qəbul etməyi təklif etdi



Qazaxıstan bəyan edib ki, əgərABŞ və İran Tehranın nüvə proqramına dair razılığa gələrsə, İranın demək olar ki, silah dərəcəsinə qədər zənginləşdirilmiş uran ehtiyatlarını qəbul etməyə hazırdır. Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi "Financial Times" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Qazaxıstan prezidenti Tokayev Astanada keçirilən görüşdə bu varianta açıq olduğunu ifadə edib. Qrossi bəyan edib ki, AEBA-nın artıq Qazaxıstanda az zənginləşdirilmiş uran bankı var, ona görə də "bizim bunu təhlükəsiz şəkildə saxlaya biləcəyimiz yerimiz mövcuddur". Onun sözlərinə görə, belə bir variant həm ABŞ, həm də İran üçün məqbul "ola bilər". İRADƏ
Seçilən
81
baki-xeber.com

1Mənbələr