AZ

İrana qarşı bəzi sanksiyaları qaldıra bilərik - Bessent

Tehran müəyyən şərtləri yerinə yetirəcəyi təqdirdə Vaşinqton İran xalqına kömək etmək üçün bəzi məhdudiyyətləri qaldıra bilər.

Musavat.com xəbər verir ki, bunu ABŞ maliyyə naziri Bessent Ronald Reyqan İqtisadi Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, eyni zamanda Vaşinqton İrana qarşı sanksiyaları sərtləşdirməyə hazırdır: "Lazım gələrsə, daha çox şey edə bilərik, eyni zamanda İran xalqına kömək etmək üçün bəzi məhdudiyyətləri qaldıra bilərik".

Bundan əlavə, Bessent bildirib ki, Vaşinqton İranla atəşkəsi pozmur və ABŞ-ın bütün hərbi əməliyyatları sırf müdafiə xarakteri daşıyır.

Musavat.com

 

Seçilən
0
3
musavat.com

10Mənbələr