AZ

Dünyanın ən bahalı futbol klubları açıqlandı

"Forbes” dünyanın ən dəyərli futbol klublarının yeni siyahısını açıqlayıb. Metbuat.az xəbər verir ki, reytinqin zirvəsində yenə İspaniya nəhəngi Real Madrid qərarlaşıb. Klubun bazar dəyəri 9,5 milyard dollar olaraq qiymətləndirilib. Madrid təmsilçisi bununla da ardıcıl beşinci dəfə siyahının lideri olub. Araşdırmaya əsasən, dünyanın ən bahalı 30 futbol klubunun ümumi dəyəri 87 milyard dollara yüksəlib. Bu göstərici indiyədək qeydə alınan ən yüksək rəqəm hesab olunur. “Forbes”in məlumatına görə, siyahıda yer alan klubların orta qiyməti 2,9 milyard dollar təşkil edib. Bu isə ötən illə müqayisədə təxminən 21 faiz artım deməkdir.Reytinqin ilk onluğunda İngiltərə, İspaniya və Almaniyanın aparıcı komandaları üstünlük təşkil edib."Barselona" (İspaniya) - 7.5 milyard dollar;"Mançester Yunayted" (İngiltərə) - 7.2 milyard dollar;"Liverpul" (İngiltərə) - 6.2 milyard dollar;PSJ (Fransa) - 5.8 milyard dollar;"Bavariya" (Almaniya) - 5.7 milyard dollar;"Mançester Siti" (İngiltərə) - 5.5 milyard dollar;"Arsenal" (İngiltərə) - 5.4 milyard dollar;"Çelsi" (İngiltərə) - 4.2 milyard dollar;

"Tottenhem" (İngiltərə) - 3 milyard dollar.

Seçilən
14
2
metbuat.az

3Mənbələr