AZ

Rumıniya NATO-ya müraciət edib

Yazını böyüt
Yazını kiçilt

Rumıniya NATO-ya hava hücumundan müdafiə sistemlərinin tədarükünü sürətləndirmək xahişi ilə müraciət edib.

Hafta.az xəbər verir ki, Rumıniyanın xarici işlər naziri Oana Tsoyu bu barədə bəyanat yayıb. Nazirin sözlərinə görə, Rusiya pilotsuz uçuş aparatının Qalatsdakı yaşayış evinə düşməsindən sonra bu barədə qərar qəbul edilib.

Xatırladaq ki, ötən gecə Rumıniyanın şərqindəki Qalati şəhərində pilotsuz uçuş aparatı (PUA) yaşayış binasına çırpılıb.

Rusiyaya məxsus PUA-nın binaya çırpılması nəticəsində partlayış baş verib və mənzillərdən birində yanğın başlayıb, iki nəfər xəsarət alıb. PUA-nın Ukrayna ərazisindən sərhədi keçdiyi qeyd olunub./"Politico"/

Seçilən
4
2
hafta.az

3Mənbələr