Avstriyada qoyunları mümkün qurd hücumlarından qorumaq məqsədilə hazırlanmış xüsusi qoruyucu geyim müzakirələrə səbəb olub.
Təşkilat geyimin heyvanların hərəkət azadlığını məhdudlaşdıra biləcəyini əsas gətirərək, Heyvanların Mühafizəsi Qanununun pozulması ehtimalı ilə əlaqədar şikayət verib.
Bununla yanaşı, qoruyucu kostyumun həqiqətən qanun pozuntusu hesab olunub-olunmayacağı hələlik məlum deyil. Hazırda məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılır.