Türkiyənin ən uzunömürlü seriallarından olan "Arka sokaklar" yeni sezon finalının görüntüləri ilə böyük səs-küy yaradıb.
Görüntülərdə xüsusilə Rza Baba, Hüsnü Çoban, Selin, Məsud və digər məşhur obrazların “həyatını itirdiyi” anlar diqqət çəkib.
Kadrlar qəfil silah səsləri, partlayış effekti və gərgin musiqi ilə müşayiət edildiyi üçün çoxları bunu serialın “ən şok finalı” kimi qiymətləndirir.
Qeyd edək ki, bundan öncə 20 ildir yayımlanan teleserialın bitməsi barədə məlumat yayılmışdı.