“Mərmər İnşaat” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı çağırılır.
Marja.az-ın Şirkətin elanına əsasən xəbərinə görə, yığıncaq 30 iyun 2026-cı il saat 14:00-da keçiriləcək.
Ümumi yığıncaq Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, ev 1, mənzil 30 ünvanında baş tutacaq.
Gündəlikdə iki məsələ var:
“Mərmər İnşaat” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- 2025-ci il üzrə illik hesabatın, o cümlədən audit olunmuş maliyyə və idarəetmə hesabatlarının təsdiqlənməsi;
-2025-ci ilin mənfəətinin bölüşdürülməsi barədə qərarın qəbul edilməsi.
Şirkət bütün səhmdarları yığıncaqda iştirak etməyə dəvət edib. Yığıncaqda iştirak edə bilməyən səhmdarlar isə notarial qaydada təsdiqlənmiş etibarnamə əsasında nümayəndə vasitəsilə iştirak edə bilərlər.