AZ

ABŞ türkmən qazını nəql edəcək Transxəzər boru kəməri layihəsini dəstəkləyir - Rubio

ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonda Türkmənistan Xarici işlər naziri Rəşid Meredovla görüşüb.

Musavat.com Dövlət Departamentinin sözçüsü Tommi Piqottun yazılı açıqlamasına istinadən xəbər verir ki, dövlət katibi görüşdə Vaşinqtonun Türkmənistandan təbii qaz ixracının şaxələndirilməsini dəstəklədiyini bildirib. Mətbuat katibinin dediyinə görə, Rubio "Trans-Xəzər marşrutları ilə Türkmənistanın təbii qaz ixracının şaxələndirilməsinə ABŞ-ın güclü dəstəyini ifadə edib": "O, son kommersiya müqavilələrində irəliləyişlərə görə xarici işlər naziri Meredova təşəkkürünü bildirib. Nazir Meredov və katib Rubio həmçinin enerji, təhlükəsizlik və ticarət sahələrində əməkdaşlığın daha da genişləndirilməsi yollarını müzakirə ediblər".

Qeyd edək ki, Türkmənistan son illərdə öz qazını Xəzər dənizi üzərindən Avropaya nəqlinə nail olmağa çalışır. Meredov aprel ayında bildirib ki, Türkmənistanın enerji gündəliyindəki əsas məsələlərdən biri Aİ ölkələrinə təbii qazın tədarüküdür.

Musavat.com

Seçilən
35
musavat.com

1Mənbələr