AZ

Dron hücumu: Taganroq və Armavir neft obyektlərinə zərbə endirildi

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Mayın 30-u gecəsi Ukrayna Silahlı Qüvvələrinin dronları Rusiyanın Rostov vilayətindəki Taganroq şəhərində və Krasnodar vilayətindəki Armavir şəhərindəki neft infrastrukturlarına hücum edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Rostov qubernatoru Yuriy Slyusarın məlumat məlumat verib.

Onun sözlərinə görə, Taganroq limanında hücum nəticəsində tanker, yanacaq anbarı və inzibati bina yanıb. İlkin məlumata görə, xəsarət alan olmayıb. Monitorinq kanalları xəbər verib ki, şəhərin müxtəlif yerlərində partlayışlar eşidilib, sakinlər dronların uçuş səsini və limanla aviatsiya zavodu ətrafında partlayışları müşahidə edib.

Hücum yerli hakimiyyət orqanları tərəfindən də təsdiqlənib. Onlar bildiriblər ki, liman ərazisində həmçinin yanğın administrativ binaları və yanacaq anbarlarını əhatə edib. Rusiyanın hava hücumundan müdafiə qüvvələri isə Rostov vilayətinin bir neçə digər bölgəsində dronları vurub.

Eyni gecə Krasnodar vilayətindəki “Cənub Neft Şirkəti” neft bazasına da hücum edilib. Bu obyektə dəyən zərərin miqyası hələ məlum deyil.

Qeyd edək ki, bu hücumlar aprelin 28-də Tuapse şəhərindəki neft emalı zavoduna edilən oxşar zərbələrdən sonra baş verib. O zaman baş verən yanğın 380 km-ə qədər yayılıb. Ayın əvvəlində isə Ukrayna Baş Qərargahı xəbər vermişdi ki, Tuapse limanı və neft emalı zavoduna edilən hücumlar nəticəsində 1 ay ərzində 300 milyon dollardan çox ziyan dəyib.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
icma.az

1Mənbələr